Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb

2024/10/1730188236.jpg
Oxunub: 247     21:37     22 İyun 2026    
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) iyunun 22-də Qara dənizdə yük gəmisinə hücum nəticəsində ölkənin iki vətəndaşının yaralandığı barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, XİN hadisənin Ukraynanın Çernomorsk limanı sahillərində baş verdiyini bildirib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalan Türkiyəyə məxsus, Panama bayrağı altında üzən gəminin heyət üzvləri olan Türkiyə vətəndaşlarının vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluq tərəfindən yaxından nəzarətə götürülüb:

"Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyimizi təhdid edən bu hücumlarla bağlı narahatlığımızı hər iki ölkənin hakimiyyət orqanlarına bildiririk. Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və bütün müvafiq tərəfləri regionda gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-XİN   Qara-dəniz  


Bizi "telegram"da izləyin