BMT: Livanda yaşayış fonduna 1,38 milyard dollar ziyan vurulub

2026/05/1780211827.jpg
Oxunub: 226     21:10     22 İyun 2026    
BMT-nin İnkişaf Proqramı (UNDP) İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində yaşayış infrastrukturuna təxminən 1,38 milyard dollar həcmində birbaşa ziyan dəydiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, təşkilatın hesabatı “X” sosial şəbəkəsində yayımlanıb.

Hesabata əsasən, ölkənin cənubunda 11 min 95 bina tamamilə dağılıb, 2242 tikili qismən zədələnib, 5219 binaya isə cüzi ziyan dəyib.

Qiymətləndirmə münaqişənin kəskinləşməsindən əvvəl və sonra çəkilmiş peyk görüntülərinin müqayisəsi əsasında aparılıb.

BMT-nin hesablamalarına görə, dağıntıların ümumi həcmi təxminən 3,1 milyon kubmetr təşkil edir.

Livanın Sosial Məsələlər Nazirliyinin məlumatına əsasən, hərbi əməliyyatlar nəticəsində təxminən 963 min 500 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb ki, bu da ölkə əhalisinin təxminən 16 faizinə bərabərdir.

Bundan əlavə, 160 mindən çox insan tamamilə yaşayış yerindən məhrum olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Livan  


Bizi "telegram"da izləyin