Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Valeri Aye bildirib ki, bu cür hadisələrin nəticəsiz qalması “cəzasızlıq hissinin” güclənməsinə səbəb olur və bu, ciddi narahatlıq doğurur.
Qarşıdurma iyunun 17-də deportasiya ilə bağlı qanun layihəsinin səsverməsindən sonra baş verib. İraq əsilli Abir Əl-Sahlani həmin vaxt “özünü heç vaxt bu qədər təhlükədə hiss etmədiyini” bəyan edib.
Bundan sonra Finlandiyadan olan deputat Sebastian Tünkkünen “daha çox ağlayın” yazısı ilə video paylaşıb. Danimarkalı deputat Kristofer Storm isə onun “evinə qayıtmalı olduğunu” yazıb.
Əl-Sahlani bu ifadələri irqi ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirərək “Politico” nəşrinə müraciət edib. Bunun ardınca Valeri Aye Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya məktub göndərərək deputatlar barəsində intizam tədbirlərinin görülməsi məsələsinə baxılmasını istəyib.
Öz növbəsində Kristofer Storm bildirib ki, “evinə qayıt” ifadəsi həmkarının mənşəyi ilə deyil, səsvermənin nəticələrinə reaksiyası ilə bağlı olub. O vurğulayıb ki, deputat rəqiblərini hədələrdə ittiham etmək əvəzinə iclas zalını tərk edə bilərdi.
Sevinc Əliyeva
Ordu.az