“Taliban” nümayəndə heyəti Aİ-nin miqrasiya toplantısında iştirak etmək üçün Brüsselə gedəcək

2026/06/1782148673.jpg
Oxunub: 204     21:16     22 İyun 2026    
Belçika “Taliban” nümayəndə heyətinin beş üzvünə viza verib və onlar Avropa İttifaqının miqrasiya məsələlərinə həsr olunmuş görüşündə iştirak etmək üçün Brüsselə səfər edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Belçika Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, verilən vizalar məhdud ərazi və müddətə malikdir.

“Bunlar yalnız Belçika ərazisində keçərli olan və cəmi bir günlük müddəti əhatə edən vizalardır”, - deyə sözçü qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən nümayəndə heyətinin səfərinin dəqiq tarixi açıqlanmır.

Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqust ayından etibarən Əfqanıstana nəzarət edir. Bu, ABŞ və beynəlxalq qüvvələrin ölkədən çıxmasından sonra baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban     Brüssel  


Bizi "telegram"da izləyin