Edinburqda terror elementi ilə qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürülüb

2026/06/1782157949.jpg
Oxunub: 232     23:49     22 İyun 2026    
Şotlandiyanın Edinburq şəhərində bıçaq və balta ilə bir neçə nəfərə hücum edən şəxsə terror elementi ilə qəsdən adam öldürməyə cəhdin beş epizodu üzrə ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə BBC Edinburq Şerif Məhkəməsinin iclasının nəticələrinə istinadən məlumat yayıb.

36 yaşlı Lyuis Houksi həmçinin hücum və quldurluq, ictimai asayişin pozulması, eləcə də cinayət xarakterli və ehtiyatsız davranışda ittiham olunur. Məhkəmənin məlumatına görə, o, özünü təqsirli bildirməyib və həbsdə saxlanılıb. Növbəti məhkəmə iclasının səkkiz gün sonra keçirilməsi planlaşdırılır.

Hadisə iyunun 19-da axşam saatlarında Edinburqun qərbində yerləşən məscidin yaxınlığında baş verib. Polis məlumatına əsasən, yerli vaxtla saat 20:50 radələrində iki yaralının olması barədə məlumat daxil olub.

Daha sonra hücumçu üst geyimi olmadan daha üç nəfərə hücum edib. O, daşınmaz əmlak agentliyinin yaxınlığında insanlara xəsarət yetirib, həmçinin şəhərin müxtəlif məhəllələrində avtomobillərə ziyan vurub, mağazalardan birini dağıdıb və qəlyanaltı obyektinin qapısını zədələyib.

22-39 yaş aralığında olan zərərçəkənlər həyatları üçün təhlükə yaratmayan xəsarətlər alıblar.

Araşdırmaya polisin terrorla mübarizə bölməsi də qoşulub. BBC-nin məlumatına görə, hücum dini nifrət motivi ilə əlaqəli ola bilər. Bildirilir ki, şübhəli şəxs saxlanılarkən “ölkəni müdafiə etdiyini” qışqırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Edinburq   Terror  


Bizi "telegram"da izləyin