Ordu.az xəbər verir ki, Netanyahu bu barədə videomüraciətində danışıb.
O bildirib ki, İsrail rəhbərliyinin və müdafiə naziri İsrael Katsın göstərişləri dəyişməz olaraq qalır və ölkənin şimal bölgələrinin sakinlərinin müdafiəsi ilə bağlı hallarda hərbçilər heç bir məhdudiyyət olmadan hərəkət edə bilərlər.
Baş nazir vurğulayıb ki, İsrail Livanın cənubundan qoşunlarını çıxarmağı planlaşdırmır.
Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün İsrail hərbçiləri bölgədə “nə qədər lazım olarsa, bir o qədər” qalacaqlar.
Sevinc Əliyeva
Ordu.az