Burkina-Faso Avropa Parlamentinin qətnaməsinə görə Aİ səfirini XİN-ə çağırıb

2024/08/66cb6-1724606305.jpg
Oxunub: 204     20:15     22 İyun 2026    
Burkina-Fasoda Avropa İttifaqının səfiri Filip Bronşen Avropa Parlamentinin ölkədə ifadə azadlığı və terrorizmlə mübarizə ilə bağlı qəbul etdiyi qətnaməyə görə Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Burkina-Fasonun xarici işlər naziri Karamoko Jan-Mari Traore məlumat verib.

Nazir bildirib ki, hakimiyyət sənədlə bağlı öz narazılığını və məyusluğunu Avropa İttifaqı tərəfinə çatdırıb.

Onun sözlərinə görə, qətnamədə ölkənin daxili siyasətinə dair əsassız tənqidlər yer alıb.

Traore vurğulayıb ki, Burkina-Faso suveren dövlət kimi fəaliyyət göstərir və daxili təhlükəsizlik, eləcə də idarəetmə məsələlərinə xarici müdaxiləni qəbuledilməz hesab edir.

Nazir əlavə edib ki, Avropa Parlamentinin qətnaməsi Sahel regionu ölkələrinin, o cümlədən Mali və Nigerin terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri nəzərə almır.

Xatırladaq ki, Avropa Parlamenti daha əvvəl qəbul etdiyi qətnamədə Burkina-Fasoda insan hüquqlarının pozulması, vətəndaş cəmiyyəti fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə etmiş və hakimiyyətlə demokratik azadlıqlar mövzusunda dialoqa çağırış etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Burkina-Faso   Avropa-Parlamenti  


Bizi "telegram"da izləyin