Ukrayna Belarusda Rusiyanın PUA hücumları üçün istifadə etdiyi obyektlərə gizli zərbə endirib

2026/06/1781593579.jpg
Oxunub: 390     23:28     22 İyun 2026    
Ukraynanın Belarus ərazisində Rusiyanın Ukrayna şəhərlərinə qarşı pilotsuz uçuş aparatı hücumları həyata keçirmək üçün istifadə etdiyi obyektlərə gizli zərbələr endirdiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə hava hücumu xəbərdarlıq siqnallarının monitorinqi, hərbi təhdidlərin izlənməsi və cəbhədəki hadisələrin işıqlandırılması üzrə ixtisaslaşmış Ukraynanın məşhur “Vanyok” “Telegram” kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, söhbət Rusiyanın Ukrayna şəhərlərinə qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi infrastrukturlardan gedir.

Bildirilib ki, Minsk həmin obyektləri müstəqil şəkildə aradan qaldırmalıdır. Əks təqdirdə, gələcəkdə əlavə mənfi nəticələrin yaranması mümkündür.

Məlumatda hadisənin təfərrüatları və zərbələrin nəticələri barədə əlavə açıqlama verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Belarus  


Bizi "telegram"da izləyin