Tramp İranın genişmiqyaslı yoxlamalara razı olacağını bildirib

2026/05/1779950914.jpg
Oxunub: 252     23:46     22 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran nüvə proqramının hərbi məqsədlər daşımadığına təminat vermək üçün genişmiqyaslı yoxlamaların keçirilməsinə razılıq verəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hər kəsə məlumdur ki, İran uzunmüddətli perspektivdə nüvə proqramının dinc xarakter daşıdığına təminat vermək üçün genişmiqyaslı silah yoxlamalarına razılaşacaq", - Tramp qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin