“ABŞ və İran Hörmüz boğazının açıq qalmasını təmin edəcək mexanizm yaradıblar” - Vens

2026/06/1781536593.jpg
Oxunub: 265     23:40     22 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehranın Hörmüz boğazının uzunmüddətli perspektivdə açıq qalmasını təmin edə biləcək mexanizm hazırladıqlarını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Vensin sözlərinə görə, yaradılan sistem təkcə boğazın hazırkı fəaliyyətini təmin etmir, həm də gələcəkdə onun açıq statusunun qorunmasına xidmət etməlidir.

Vitse-prezident qeyd edib ki, Hörmüz boğazından artıq təxminən 15 milyon barel neft keçib. O, bu vəziyyətin qlobal yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb ola biləcəyini bildirib.

Bundan əlavə, Vens regionda atəşkəsin qorunması və mümkün münaqişələrin nəzarətdə saxlanılması üçün “düzgün mexanizmin” yaradıldığını açıqlayıb.

Onun sözlərinə görə, ABŞ bu razılaşmaların icrasını təmin etmək üçün müttəfiqləri, o cümlədən İsrail və Fars körfəzi ölkələri ilə işləyir.

Vens hesab edir ki, Vaşinqton və Tehran arasında mövcud təmaslar gələcəkdə “Yaxın Şərqin transformasiyası” üçün əsas yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Vens  


Bizi "telegram"da izləyin