Ermənistan MTX “Zvartnots” hava limanında iki keşişin Rusiyaya qayıtmasına mane olub

2026/06/1782156433.jpg
Oxunub: 269     23:30     22 İyun 2026    
Ermənistan Milli Təhlükəsizlik Xidməti “Zvartnots” beynəlxalq hava limanında iki erməni keşişinin Rusiyaya qayıtmasına icazə verməyib.

Ordu.az xəbər verir ki, bu barədə erməni jurnalist Süzi Badoyan məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Rusiyanın Voronej və İjevsk şəhərlərində fəaliyyət göstərən erməni kilsələrinin din xadimləridir və mənəvi xidmətlərini davam etdirmək üçün Rusiyaya qayıtmağa çalışıblar.

“Sputnik Ermənistan”ın məlumatına əsasən, keşişlərdən biri hərbi təlim toplanışına aparılıb.

Hadisə ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin