İranlı nümayəndələr Hörmüz boğazı məsələsini müzakirə etmək üçün Omana yollanır

2026/06/1782148412.jpg
Oxunub: 204     21:07     22 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarə olunması ilə bağlı məsələləri müzakirə etmək üçün Omana səfər edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Məhəmməd Baqir Qalibafın “Telegram” kanalında yayımlanan məlumatda bildirilib.

Məlumata görə, tərəflər Hörmüz boğazının idarə olunması üzrə İran mexanizmlərinin gücləndirilməsi və Omanla ikitərəfli koordinasiyanın genişləndirilməsi məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Qalibaf qeyd edib ki, danışıqlar regional təhlükəsizliyin möhkəmləndirilməsi və strateji əhəmiyyətə malik boğazda sabitliyin təmin olunmasına yönələcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Oman  


Bizi "telegram"da izləyin