Danimarka polisi Kopenhagendən 40 km aralıda dronların görünməsi ilə bağlı araşdırma aparır

2024/10/1729343377.jpg
Oxunub: 524     22:11     04 Yanvar 2025    
Danimarka polisi, Kopenhagendən təxminən 40 km aralıda yerləşən Køge limanı ərazisində 20-yə yaxın naməlum dronun görünməsi ilə bağlı xəbərləri araşdırır.

Ordu.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları bu barədə press-reliz yayıb. Hadisə şahidləri, cümə günü axşam saatlarında hadisə yerinə gələn polisin səmada 4 cihaz gördüyünü bildiriblər. Pilotsuz təyyarələr yüksək sürətlə suyun üzərində yoxa çıxıb.

Hüquq-mühafizə orqanları hazırda dronların haradan gəldiyini və nə məqsədlə istifadə edildiyini öyrənməyə çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Dron  


Bizi "telegram"da izləyin