Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub

2020/02/Pictu-1581917051.jpg
Oxunub: 603     20:24     04 Yanvar 2025    
Kamerunun cənub-qərbində fulani icmasından olan silahlı qrupun hücumu nəticəsində bu ölkənin 5 hərbçisi ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.

Ordu.az xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar Akvaya şəhəri yaxınlığındakı hərbçilərin postuna hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, fulani icması ilə fermerlər arasında toqquşmalar tez-tez baş verir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır.

Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə ordu hissələri göndərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamerun   Silahlılar  


Bizi "telegram"da izləyin