Blinken ABŞ-nin Rusiya ilə birbaşa münaqişəyə yaxın olduğunu düşünmür

2024/09/1725600588.jpg
Oxunub: 519     19:13     04 Yanvar 2025    
ABŞ-nin dövlət katibi Antoni Blinken ABŞ-nin Rusiya ilə birbaşa toqquşmaya yaxın olduğunu düşünmür.

Ordu.az xəbər verir ki, bunu diplomat “The New York Times” qəzetinə müsahibəsində bildirib.

“Biz narahatlıqlarımızı elə bir şəkildə həll etdik ki, bu bizi Rusiya ilə birbaşa münaqişədən çəkindirib. Birbaşa münaqişəyə gəldikdə, düşünmürəm ki, biz ona yaxınıq, lakin buna çox diqqətlə yanaşmalıyıq”, – o vurğulayıb.

Blinken həmçinin qeyd edib ki, Amerika vətəndaşları ABŞ-nin hərbi münaqişələrdə birbaşa iştirakını istəmirlər.

“Amerikalılar bizim müharibələrdə iştirak etməməyimizi və münaqişələrdən qaçmağımızı istəyirlər”, – o hesab edir.

2024-cü ilin dekabrında RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, Rusiya və ABŞ yaxın əsrdə dost olmayacaqlar, bir-biri ilə müharibə etmək isə hər cəhətdən bahadır. O, iki ölkə arasında birbaşa münaqişənin “aşkar şəkildə dünya nüvə müharibəsinə çevriləcəyini” göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin