Ordu.az xəbər verir ki, sualtı platforma yerli balıqçı tərəfindən sahildən təxminən 6 mil məsafədə tapılıb və Filippin Milli Polisinə (PNP), daha sonra isə Filippin Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
UUV əsas gövdə, tək bir qanadcıq və arxada iynəyə bənzər çıxıntı ilə torpedoya bənzər dizayna malikdir. Qara və əsasən sarı rəngə boyanmış iki böyük qanad kimi üzgəcləri var.
UUV üzərindəki işarələr arasında HY-119 və HY-L0119 da var. Onun təxminən iki metr uzunluğunda olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az