Ordu.az xəbər verir ki, 40.000 tondan çox subasımı qabiliyyətinə, iki adalı üst quruluşa və tam uzunluqlu uçuş göyərtəsinə malik olan “Sichuan” Pekinin ən böyük donanma gəmisi hesab olunur.
Gəmi sabit qanadlı təyyarə və helikopterləri daşımaqla yanaşı, elektromaqnit katapult və tutucu texnologiyaları sayəsində pilotsuz uçuş aparatlarını buraxa bilir.
Açılış mərasimindən sonra “Sichuan” bir sıra sınaqlardan keçəcək.
Sevinc Əliyeva
Ordu.az