Kiyevə silah tədarükü ilə bağlı Qərb dövlətlərinin görüşü keçiriləcək

2024/12/Ekran-1734775022.jpg
Oxunub: 526     21:48     03 Yanvar 2025    
Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bir qrup Qərb dövlətlərinin görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

Kirbi görüşün vaxtına da toxunaraq, "Mütləq administrasiyamızın sonuna qədər", - deyə bildirib.

O həmçinin təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir silah və hərbi texnika paketi ayıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Qərb   Silah  


Bizi "telegram"da izləyin