ABŞ Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib

2024/12/fhgfh-1734362071.jpg
Oxunub: 451     21:07     03 Yanvar 2025    
ABŞ əvvəllər kiberhücumlarda iştirakda ittiham olunan Çinin “Integrity Technology Group” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sənəddə bildirilib ki, səhmləri Şanxay Fond Birjasında satılan şirkət “Flax Typhoon” haker qrupu ilə əlaqəli “botnet” idarə etməkdə şübhəli bilinir.

ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, bu qrup kibercasusluqla məşğul olur və bütün dünyada internetə qoşulmuş kompüter və sənaye qurğularına hücumlar həyata keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin