Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurduqlarını açıqlayıblar

2025/01/1735923772.jpg
Oxunub: 470     20:41     03 Yanvar 2025    
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Təl-Əviv yaxınlığında yerləşən İsrail elektrik stansiyasına hipersonik ballistik raketlə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

“Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, - deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.

Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Təl-Əviv  


Bizi "telegram"da izləyin