Bayden terror aktı baş verən Yeni Orleana gedəcək

2024/12/1735362860.jpg
Oxunub: 481     19:22     03 Yanvar 2025    
ABŞ Prezidenti Co Bayden ən azı 15 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Luiziana ştatının Yeni Orlean şəhərinə gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Səfərin yanvarın 6-da baş tutacağı bildirilib.

ABŞ prezidenti və xanımı terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşmək niyyətindədirlər.

Qeyd edək ki, Yeni il gecəsi Luiziana ştatının Yeni Orlean şəhərinin mərkəzində terror aktı törədilib. Avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində ən azı 15 nəfərin həlak olduğu, 30 yaralı olduğu bildirilib.

Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Yeni-Orlean  


Bizi "telegram"da izləyin