Tayvanda müdafiə büdcəsinin artırılacağı vəd edilib

2025/01/1735891302.jpg
Oxunub: 534     21:29     04 Yanvar 2025    
Yeni il çıxışında Tayvan administrasiyasının prezidenti Lai Çinq-te adanın müdafiəsini Çindən gələn artan təhdidlərə qarşı gücləndirəcəyinə söz verib və Tayvanın qlobal demokratiyanın müdafiə xəttinin mühüm hissəsi olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Çin Tayvanı öz ərazisi kimi görür və lazım gələrsə, adanı güc yolu ilə ilhaq edəcəyini bildirir.

“Çin, Rusiya, Şimali Koreya və İran kimi avtoritar ölkələr beynəlxalq nizamı təhdid etməkdə əməkdaşlıq edirlər. Bu vəziyyət Hindistan-Sakit okean regionuna, dünya sülh və sabitliyinə ciddi təsir göstərib”, - deyə Lai Çinq-te qeyd edib.

Pekin son illərdə Tayvan administrasiyasına təzyiqi artırmaq üçün adaya demək olar hər gün döyüş gəmiləri və döyüş təyyarələri göndərməklə yanaşı, administrasiyanın diplomatik müttəfiqlərinə Çini tanımaları üçün təzyiq göstərmək kimi müxtəlif üsullara əl atıb.

Buna cavab olaraq Tayvan administrasiyası ordusunu gücləndirir və ən böyük qeyri-rəsmi müttəfiqi olan ABŞ-dən yeni silahlar alır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Müdafiə   Büdcə  


Bizi "telegram"da izləyin