Ukrayna yerli “Shchedryk” PUA-sını təqdim edib

2025/01/1735884802.jpg
Oxunub: 653     13:12     04 Yanvar 2025    
Ukrayna düşmən qoşunlarının hərəkətini izləmək üçün nəzərdə tutulmuş yerli istehsal “Shchedryk” Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, hərbi istifadəsinə icazə verilən PUA idarəetmə stansiyası və səssiz elektrik mühərrikləri ilə təchiz olunduğundan, gizli əməliyyatlar üçün ideal vasitə hesab olunur.

Məlumata görə, dizaynı eyni zamanda radioelektron mübarizəyə qarşı təkmilləşdirilmiş müqaviməti ehtiva edir və döyüş meydanında rus siqnal pozucularının yaratdığı əhəmiyyətli təhlükəni aradan qaldırır.

“Shchedryk” saatda 150 kilometr sürətə, maksimum 40 kilometr mənzilə və 4 kilometrə qədər yüksəkliyə çata bilir.

“Shchedryk”in təsdiqlənməsi Ukraynanın Rusiya qüvvələrinə qarşı taktiki üstünlük əldə etmək üçün yerli PUA istehsalını sürətləndirdiyi bir vaxta təsadüf edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Shchedryk  


Bizi "telegram"da izləyin