ABŞ-nin B-21 “Raider” bombardmançı təyyarəsinin yeni uçuş sınaqları həyata keçirilib

2025/01/1735884654.jpg
Oxunub: 12525     19:10     04 Yanvar 2025    
ABŞ-nin qabaqcıl müdafiə sənayesi təşkilatlarından biri olan “Northrop Grumman” B-21 “Raider” stels tipli bombardmançı təyyarəsinin hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) gələcək bombardmançı gücünün kritik tərkib hissəsi kimi işə saldığı proqramda əhəmiyyətli irəliləyiş əldə edildiyi açıqlanıb.

“Northrop Grumman” tərəfindən verilən açıqlamada bildirilib ki, bu il keçirdiyi son uçuş sınağında B-21 “Raider” mühüm irəliləyiş əldə edərək, dünyanın ilk altıncı nəsil təyyarəsi olacağını sübut edib.

B-21 “Raider” mübahisəli mühitlərə nüfuz edə və dünyanın istənilən yerindəki hədəfləri vura bilən uzun mənzilli, yüksək sağ qalma qabiliyyətinə malik stels tipli bombardmançı təyyarə kimi təsvir edilir.

ABŞ HHQ-nin məlumatına görə, B-21 “Raider” ABŞ-nin köhnəlmiş B-1 “Lancer” və B-2 “Spirit” bombardmançı təyyarələrini əvəz edəcək və Birləşmiş Ştatların strateji hava gücünün saxlanmasında mühüm rol oynayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raider  


Bizi "telegram"da izləyin