Ordu.az xəbər verir ki, Mərakeş 32 ədəd F-35 döyüş təyyarəsi almaq üçün danışıqlar aparır.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yaxın aylarda Mərakeşin ilk “Lockheed Martin” F-35 döyüş təyyarələrini alacağı ilə bağlı razılaşmanı yekunlaşdıracağı gözlənilir.
Bu satınalma Mərakeşi 32 ədəd beşinci nəsil ABŞ istehsalı stels tipli təyyarədən ibarət əhəmiyyətli parka malik yeganə Afrika ölkəsi edəcək.
Hərbi müşahidəçilər qeyd ediblər ki, Mərakeş və İsrail rəsmiləri 2020-2022-ci illər arasında F-35 “Lightning II” döyüş təyyarələrinin satışı ilə bağlı danışıqlar aparıblar.
Sevinc Əliyeva
Ordu.az