Cənubi Koreya yerli “Miron” helikopterini təhvil alıb

2024/12/1735449818.jpg
Oxunub: 529     17:41     04 Yanvar 2025    
“Korea Aerospace Industries” KAI) Cənubi Koreya Silahlı Qüvvələrinə yüngül sinfə məxsus “Miron” (LAH-1) helikopterinin ilk kütləvi istehsal modelini təhvil verib.

Ordu.az xəbər verir ki, KAI Cənubi Koreyanın Saçeon şəhərindəki qərargahında keçirilən təhvil-təslim mərasimində Cənubi Koreya Silahlı Qüvvələrinə ilk “Miron” modelini təhvil verib.

Mərasimdə KAI prezidenti Kanq Qu-younq, Quru Qoşunlarının nümayəndələri, Müdafiə Tədarük Proqramı İdarəsinin (DAPA) və Milli Müdafiə Texnologiyaları Keyfiyyət İnstitutunun rəsmiləri iştirak ediblər.

“Miron” Cənubi Koreyanın köhnə 500MD və AH-1S “Cobra” hücum helikopterlərini əvəz etmək üçün hazırlanıb.

“Miron”un inkişaf etdirmə işləri 2015-ci ildə başlayıb və 2022-ci ilin noyabrında tamamlanıb. Helikopterin 2031-ci ilə qədər tam əməliyyat gücü ilə Quru Qoşunları tərkibində xidmət göstərməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Miron  


Bizi "telegram"da izləyin