Ordu.az xəbər verir ki, bu kontekstdə Cənubi Kipr prezidenti Nikos Xristodoulides 2024-cü ilin noyabr ayının sonunda “Associated Press” agentliyinə müsahibəsində bu niyyətini ifadə edib.
“Milli Qvardiyanın belə imkanları əldən verməsini istəmədiyimiz üçün ABŞ ilə görüşür və müsbət cavablarına görə onlara təşəkkür edirik. Cənubi Kiprin bu imkanlardan ən yaxşı şəkildə necə istifadə edə biləcəyi ilə bağlı müzakirələr aparırıq. Beləliklə, hər şey yoluna düşəndə, Cənubi Kipr NATO üzvü ölkə ola bilər”, - deyə Xristodoulides qeyd edib.
Dekabrın əvvəlində verdiyi müsahibədə Cənubi Kiprin müdafiə naziri Vasilis Palmas ölkənin yerləşdiyi yerə görə müdafiəsini təkmilləşdirməli olduğunu vurğulayıb.
“Forbes”in məlumatına görə, Cənubi Kipr eyni vaxtda İsraildən ən azı 2 ədəd “Barak” MX hava hücumundan müdafiə batareyası və onlarla raketi açıqlanmayan qiymətə alıb.
Sevinc Əliyeva
Ordu.az