Macarıstanın Baş naziri Ukraynada səfərdədir

2024/07/1719902771.jpg
Oxunub: 138     10:25     02 İyul 2024    
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Ukraynaya səfər edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.

“Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, V.Orban və V.Zelenski Macarıstan-Ukrayna ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin