Yaşar Gülər: "Qafqazda sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyik"

2023/10/651f2-1696568235.jpg
Oxunub: 204     17:11     28 İyun 2024    
Qafqazda sülhün təmin olunmasına, dost və qardaş ölkələrin maraqlarının qorunmasına dəstək verməyə davam edəcəyik.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə quru qoşunlarının yaranmasının ildönümü münasibətilə şəxsi heyətə müraciətində deyib.

O bildirib ki, Türkiyə quru qoşunları sərhədlərin təhlükəsizliyinin təmin olunmasından tutmuş terrorla mübarizəyə qədər bütün vəzifələri uğurla yerinə yetirməkdədir:

“Həmçinin Qafqazdan Balkanlara, Qara dənizdən Afrikaya qədər bütün regionlarda dost və müttəfiq ölkələrin maraqlarının qorunmasına dəsətk verməyə davam edirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər   Qafqaz  


Bizi "telegram"da izləyin