Bu il Cəbrayıl şəhərində 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır

2024/06/17103-1719559234.jpg
Oxunub: 166     15:24     28 İyun 2024    
Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bunu "Report"a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O əlavə edib ki, Cəbrayıl rayonunun Horoğlu qəsəbəsinə köç nəzərdə tutulur: "Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Maxruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vahid-Hacıyev   Cəbrayıl  


Bizi "telegram"da izləyin