“Ermənistan yaxın gələcəkdə Aİ-yə üzv olmayacaq, belə bir perspektiv yaxın gələcəkdə təsəvvür belə edilmir” - EKSPERTLƏR

2024/06/1718870101.jpg
Oxunub: 315     17:58     28 İyun 2024    
“Bu gün Ermənistanla Rusiya arasında birbaşa əlaqənin və əməkdaşlığın olmadığını nəzərə alsaq, verilən bəyanatlar xəbərdarlıqlar, yerində müşahidələrdir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı və politoloq Konstantin Simonov deyib.


Onun sözlərinə görə, Ermənistan halında ziddiyyət ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olmaqda davam edir, çünki maliyyə maraqları və faydaları AİB-dədir, Aİ-yə üzvlük isə Ermənistan halında uzaq və qaranlıq perspektivdir.

Simonov qeyd edib ki, Aİ ilə Ermənistan arasında yaxınlaşma, ticarət-iqtisadi, eləcə də hərbi-texniki sahədə inteqrasiya təbii olaraq AİB standartlarına zidd olacaq.

“Siyasi uyğunsuzluqdan başqa, texniki problemlər də var. Lakin Ermənistan səlahiyyətlilərinin hesablamalarına görə, təbii olaraq Ermənistan yaxın gələcəkdə Aİ-yə üzv olmayacaq, belə bir perspektiv yaxın gələcəkdə təsəvvür belə edilmir. Buna görə də Ermənistan hakimiyyəti AİB üzvlüyünün dayandırılması məsələsini gündəmə gətirməməyə çalışır, AİB-in fəaliyyətini boykot etmir, əksinə KTMT, KTMT-yə üzv dövlətlər, o cümlədən Rusiya istiqamətində daha cəsarətli hərəkət edir”, - deyə politoloq bildirib.

Avropalı analitik Syuzan Stüart isə deyib ki, Ermənistanın Aİ üzvlüyünə namizəd statusu olmadığı halda Rusiyanın Ermənistana etdiyi xəbərdarlıqlar məqsədəuyğun deyil, söhbət yalnız münasibətlərin dərinləşməsindən gedir.


“AİB-Ermənistan münasibətləri qarşılıqlı faydalı və vacibdir, o cümlədən Rusiya üçün faydalı və vacibdir, çünki Rusiya özünə tətbiq olunan nəhəng sanksiyaları bu struktur və əməkdaşlıq vasitəsilə dəf edir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya    


Bizi "telegram"da izləyin