Rusiyalı politoloq: “Ermənistan düşünürdü ki, Türkiyə ilə sərhədin açılması üçün Qarabağ məsələsini unutmaq kifayət edəcək”

2024/04/1712226726.jpg
Oxunub: 237     15:23     28 İyun 2024    
“Ermənistan səlahiyyətliləri Türkiyənin sərhədləri açacağını düşünərək, Ermənistanın xarici siyasətini şəxsi gözləntiləri və ümidləri əsasında qururlar, lakin Türkiyə ilkin şərtlərini nə bu gün, nə də dünən açıqlamayıb, onilliklər ərzində davamlı olaraq açıqlayıb”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi həmçinin düşünürdü ki, Ermənistan-Türkiyə sərhədinin açılması üçün Qarabağ məsələsini qaldırmamaq, məsələni unutmaq, siyasi diskursdan uzaqlaşdırmaq kifayət edəcək.

“Ancaq, göründüyü kimi, Türkiyə və Azərbaycan birmənalı şəkildə başa düşür ki, ən önəmlisi onların bütün qələbələrini qeyd edəcək imzalanmış kağızdır. Bundan əlavə, hesab edirəm ki, regional yollar məsələsi region üçün sülh sazişi qədər, bəlkə də daha çox əhəmiyyət kəsb edir”, - deyə Areşev qeyd edib.

Areşev bildirib ki, hazırda Rusiyanın öz geosiyasi maraqlarını hansı istiqamətdə apardığı açıq-aydın görünür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin