Erməni ekspert: “Türkiyə tərəfindən təqdim olunanlar artıq ilkin şərtlər deyil, aydın tələblərdir”

2024/06/1719564535.jpg
Oxunub: 242     17:48     28 İyun 2024    
“İlkin şərt” termini artıq Ermənistan-Türkiyə münasibətlərinin köhnə tarixinin yadigarı sayıla bilər, çünki təqdim olunanlar artıq ilkin şərtlər deyil, aydın tələblərdir”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Mher Abrahamyan deyib.

Onun sözlərinə görə, Türkiyə ilə son danışıqlar, xüsusən də ondan sonra baş verən hadisələr sübut edir ki, bu gün Ermənistanla münasibətlərdə diktə edən amil Ermənistan-Türkiyə münasibətləri, yəni həm Ermənistan, həm də Türkiyə tərəfindən qaldırılan, həll edilməli olan diplomatik məsələlər deyil, Türkiyənin irəli sürdüyü tələblərdir.

Abrahamyan qeyd edib ki, Türkiyə ilkin şərtlər yox, tələblər irəli sürür.

“Bəs üçüncü ölkənin vətəndaşları kimlərdir? Bu, Ermənistan üçün çox təhlükəlidir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin