Ermənistanın Lori vilayətində vəziyyət ağır və qeyri-müəyyən olaraq qalır

2024/06/imgon-1719564461.jpg
Oxunub: 216     16:56     28 İyun 2024    
Təxminən bir ay əvvəl Ermənistanın Lori vilayətində baş vermiş fəlakətdən sonra vəziyyət ağır və qeyri-müəyyən olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

“İnsanların bu dəhşətli vəziyyətdən necə çıxacaqları barədə heç bir təsəvvürləri yoxdur, hakimiyyətin atdığı addımlar isə çox ləngdir və onların əksəriyyəti sadəcə “kameralar üçündür”, yəni məzmunlu, məsləni həll edəndən daha çox nümayiş üçündür. Məlum olduğu kimi, bu müddət ərzində Nikol Paşinyan və hökumətin müxtəlif nümayəndələri bir neçə dəfə Debed çayının selindən zərər çəkmiş yaşayış məntəqələrində olub, insanlarla görüşüb, onların problemlərini dinləyiblər, lakin demək olar ciddi dəyişiklik yoxdur. Dövlətin həyata keçirdiyi tədbirlər əsasən rabitə və logistika sektorunda baş vermiş ziyanın bərpasına yönəlib, bu, çox qismən olub və insanların həyat şəraiti mövzusu arxa planda qalıb. Üstəlik, dəymiş ziyanın məbləği böyükdür və nəzərdə tutulan təzminatların da insanlara ciddi fərqi olmayacaq. Xüsusən də elə evlər var ki, orada heç nə saxlamaq mümkün olmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Lori  


Bizi "telegram"da izləyin