“İravunk”: Nikol indi özünə sadiq olanları yalnız həyat yoldaşı Anna Hakopyanla sınaqdan keçdikdən sonra seçir

2024/06/timth-1719560557.jpg
Oxunub: 151     15:31     28 İyun 2024    
Böyük təbəssümlə və qayğısız şəkildə velosiped sürən, komandasına və cəmiyyətə tam arxayın olduğunu göstərməyə çalışan Nikol Paşinyan əslində öz parıltısına belə inanmamağa başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, xüsusilə onun yaxın ətrafı divarlar altında pıçıldayır ki, sonuncu hüquq-mühafizə strukturunun rəhbərlərinə bütün hakim partiya üzvlərini fərq qoymadan dinləməyi tapşırıb.

“O, xüsusilə şefin adına and içən hakim partiyanın fəal üzvlərindən şübhələnməyə başlayıb, amma o andlar artıq onun üçün bir qəpik də dəyərə malik deyil. Deyilənə görə, Nikol indi özünə sadiq olanları yalnız həyat yoldaşı Anna Hakopyanla sınaqdan keçdikdən sonra seçir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nikol  


Bizi "telegram"da izləyin