KİV: Ermənistan Rusiyanın reaksiyasından ehtiyat edərək, “qırmızı xətlər”i keçməyə cəsarət etməyəcək

2024/06/image-1719560325.jpg
Oxunub: 144     15:20     28 İyun 2024    
Ermənistanın Aİ-yə üzvlüklə bağlı müraciəti məsələsi Paşinyanın müxalifətçiləri sayəsində bir neçə aylıq fasilədən sonra yenidən gündəmə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Arman Babacanyan, Aram Sarkisyan, Tiqran Xzmalyan, Hovsep Xurşudyan və başqaları hökumətdən bu məsələ ilə bağlı referendum keçirməyi tələb edirlər.

“Bu halda referendumda “yox” cavabı verilməsi Ermənistanın xarici siyasətinin keçmiş Rusiya xəttinin davamı kimi qiymətləndirilir. Ötən həftə hakimiyyət parlamentdə dinləmələr keçirib, ötən gün isə parlamentin sədri Latviyada bu barədə danışıb və bildirib ki, Ermənistan Aİ-nin dəyərlərini bölüşür və Aİ-nin bir hissəsi olmaq istəyir: “Hesab edirəm ki, yaxın gələcəkdə bizdə bu referendum olacaq. Əminəm ki, xalqımız “hə” deyəcək”. Lakin iqtidar kulislərində belə bir referendumun baş tutmayacağına demək olar əmindirlər. Bu, sadəcə olaraq piar aksiyasıdır. Hakimiyyət Rusiyanın reaksiyasından ehtiyat edərək, “qırmızı xətlər”i keçməyə cəsarət etməyəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Rusiya  


Bizi "telegram"da izləyin