Kosmosda təhlükəli anlar: Rusiyanın peyki parçalandı, Beynəlxalq Kosmik Stansiya təhlükədən çıxdı

2024/06/2024--1719558912.jpg
Oxunub: 277     16:13     28 İyun 2024    
ABŞ Kosmik Agentliyi ömrünü başa vurmuş Rusiya peykinin orbitdə parçalanaraq, 100-dən çox dağıntı yaratdığını bildirib.

Ordu.az xəbər verir ki, dağıntı buludu təhlükəsi səbəbindən Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar təxminən bir saat xüsusi mühafizə olunan ərazidə qalmalı olublar.

Rusiyanın RESURS-P1 Yer müşahidə peyki 2022-ci ildə ömrünü başa vurub və istifadəyə yararsız hala düşüb. Rəsmilər müşahidə peykinin parçalanmasına nəyin səbəb olduğu barədə heç bir təfərrüat verməyiblər.

Dağıntı yığınını izləyən ABŞ Kosmik Komandanlığı digər peyklər üçün təcili təhlükə olmadığını bildirib.

Kosmik Komandanlıq qeyd edib ki, insident çərşənbə günü yerli vaxtla səhər saat 10 radələrində baş verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Kosmik  


Bizi "telegram"da izləyin