Cənubi Koreya və Polşa K2 tanklarının birgə istehsalı üzrə əməkdaşlıq edəcək

2024/06/2024--1719558319.jpg
Oxunub: 202     15:56     28 İyun 2024    
Polşa Müdafiə Nazirliyi Cənubi Koreya ilə birlikdə Polşa ordusunda istifadə edilmək üçün Polşada 180 ədəd K2 tankının yerli istehsalına başlanacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Polşa Baş nazirinin müavini Kosiniak-Kamış və Cənubi Koreyanın müdafiə naziri Şin Von arasında keçirilən görüşdən sonra birgə istehsal üçün razılıq əldə olunub.

Cənubi Koreyada yerləşən “Hyundai Rotem” tərəfindən inkişaf etdirilən “K2 Black Panther” qabaqcıl əsas döyüş tankıdır.

K2-nin 1500 at gücünə malik MT 833 dizel mühərriki ona 450 km məsafə qət etməyə və 70 km/saat sürətə çatmağa imkan verir.

Üç nəfərlik ekipaj tərəfindən idarə olunan tank qabaqcıl hədəfləmə, döyüş sahəsinin idarə edilməsi və NBC mühafizə sistemləri ilə təchiz edilib.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, Cənubi Koreyanın “Hyundai Rotem” və “Hanwha Defence” şirkətləri ilə müqaviləyə 180 ədəd “K2 Black Panther” tankı və 212 ədəd K9A1 özüyeriyən haubitsasının çatdırılması, həmçinin döyüş sursatları, təlim və maddi-texniki dəstək daxildir.

Nazirlikdən verilən məlumata görə, müqavilə daha əvvəl Polşa ilə Cənubi Koreya arasında imzalanan və 2022-2026-cı illər arasında K2 tankları və K9 haubitsalarının çatdırılmasını nəzərdə tutan müqavilənin davamı olaraq imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Polşa   K2  


Bizi "telegram"da izləyin