Hindistandan nəhəng silahlı helikopter alışı: 5,4 milyard dollar

2024/06/Prach-1719390966.jpg
Oxunub: 457     21:35     28 İyun 2024    
Hindistan Müdafiə Nazirliyi “Hindustan Aeronautics Limited” (HAL) şirkətinə 156 ədəd “Prachand” Yüngül Hücum Helikopterinin (LCH) tədarükü üçün Təklif Sorğusu (RFP) verib.

Ordu.az xəbər verir ki, bu satınalma Hindistanın müdafiə istehsalında özünü təmin etmək axtarışında mühüm əhəmiyyət kəsb edir və ölkənin AH-64 “Apache” kimi xarici hücum helikopterlərinin idxalından asılılığını azaltmaq səylərini dəstəkləyəcəyi gözlənilir.

Tədarük çərçivəsində helikopter hissələrinin 50%-dən çoxunun yerli olaraq istehsal edilməsi hədəflənir.

“Prachand” LCH-nin tədarükünün başlanması ilə Hindistan ordusunun inventarında olan “Mi-35” kimi mövcud hücum helikopterlərinin tədricən inventardan çıxarılacağı gözlənilir.

“Prachand” LCH-nin 5000 metrə qədər hündürlükdə işləyə biləcəyi iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silah  


Bizi "telegram"da izləyin