ABŞ Pentaqonun Müdafiə İnnovasiya Agentliyinin İsrail və Tayvanla birgə fəaliyyət göstərməsini istəyir

2024/06/2024--1719383040.jpg
Oxunub: 307     18:22     28 İyun 2024    
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Pentaqonun kommersiya texnologiya mərkəzinin İsrail və Tayvanla bu ölkələrin müdafiə sənayesi bazalarını gücləndirmək üçün tərəfdaşlıqlarını genişləndirməsini istəyirlər.

Ordu.az xəbər verir ki, bu təkliflər Nümayəndələr Palatasının iyunun 14-də qəbul etdiyi 2025-ci maliyyə ili müdafiə siyasəti qanunvericiliyinə iki ayrı düzəlişlə birlikdə verilib.

Hər iki təklifi Ayova ştatının respublikaçı nümayəndəsi Zak Nann irəli sürüb.

Tayvanla bağlı müddəa Müdafiə İnnovasiya Agentliyindən ölkənin Müdafiə Nazirliyi ilə “strateji tərəfdaşlıq” qurmağın mümkünlüyünü araşdırmağı tələb edir.

Bura müdafiə sənayesi prioritetləri və ikili istifadə texnologiyasının inkişaf etdirilməsi kimi məsələlər üzrə koordinasiya, eləcə də Tayvanın araşdırma və inkişaf etdirmə səyləri üçün yeni imkanlar yaratmasına köməklik göstərmə daxil ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pentaqon   İsrail   Tayvan  


Bizi "telegram"da izləyin