“Sonitus”dan yeni insansız sualtı platforma – RAMPUS

2023/06/kapak-1686898474.jpg
Oxunub: 6726     12:38     17 İyun 2023    
Hərbi və mülki dəniz platformaları üçün alt sistemləri inkişaf etdirməklə yanaşı, öz məhsullarını da inkişaf etdirməyə davam edən “Sonitus Engineering” yeni insansız sualtı platformasını təqdim edib.

Ordu.az xəbər verir ki, RAMPUS adlı insansız sualtı platforma sualtı kəşfiyyat və tədqiqat fəaliyyətlərində istifadə üçün hazırlanıb.

Şirkət daha əvvəl “Field Expo 2022” sərgisində NARVAL 1006 avtonom sualtı planeri ilə bu sahədə gördükləri işlərin ilk nəticələrini təqdim etdiklərini nümayiş etdirmişdi.

RAMPUS ilə qabiliyyət və çəki baxımından daha yeni və inkişaf etmiş bir məhsul hazırlandığı görülüb.

RAMPUS gəmilərin arxa göyərtəsində sabit sürüşmə yolu olmadan missiyadan əvvəl yerləşdiriləcək müvəqqəti sürüşmə sistemi ilə istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sonitus   RAMPUS  


Bizi "telegram"da izləyin