Ordu.az xəbər verir ki, ASELSAN “Forma Dəyişdirən PUA Araşdırma Layihəsi” çərçivəsində sabit və mobil platformalardakı buraxılış qurğularından atıldıqdan sonra sabit uçuş edə bilən çox rotorlu PUA-nın prototipi hazırlayıb.
Forma dəyişdirən PUA İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST sərgisində də nümayiş etdirilib.
“Forma Dəyişdirən PUA Araşdırma Layihəsi”nin iyul ayında başa çatdırılması və istehsal işlərinə başlanması planlaşdırılır.
Layihə çərçivəsində hava vasitəsi və onun buraxılış qurğusu hazırlanıb, dizayn yoxlamaları aparılıb və uğurlu uçuş sınaqları həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az