F-16 və "Akıncı" AESA-larında "GaN" modulları 2024-cü ildə istifadə ediləcək

2023/03/122-3359795310.jpg
Oxunub: 4603     14:12     27 Mart 2023    
F-16 döyüş təyyarələri və "Akıncı" PUA-ları üçün hazırlanmış MURAD AESA radarında yerli "GaN" çipləri olan modulların istifadəsi üzrə işlər davam edir.

Ordu.az xəbər verir ki, bu çərçivədə ilk yerli modulların 2024-cü ildə istifadə edilməsi planlaşdırılır.

Bundan əlavə, ilk radar prototiplərinin 2023-cü ildə "Akıncı"da istifadə edilməsi planlaşdırılır. Bu məhsullarda xaricdən gətirilən çipləri ehtiva edən modullardan istifadə olunur.

Yerli modullar ASELSAN və Bilkent Universitetinin birgəliyi ilə qurulan Türkiyənin ilk çip fabriki olan "AB Mikronano"da istehsal olunur.


Fotoda F-16 və "Akıncı" üçün hazırlanmış AESA antenasının struktur bloku nümayiş etdirilir və o, hər biri 10W səviyyəsində 16 ötürücü-qəbuledici modula malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GaN   MURAD   AESA  


Bizi "telegram"da izləyin