Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan Türkiyənin ilk uçan qanad formalı pilotsuz döyüş təyyarəsi olan ANKA-3 Qırıcı Pilotsuz Təyyarə Sistemi (MIUS) ilk dəfə 2023-cü ilin mart ayında nümayiş etdirilib.
Ordu.az-ın məlumatına görə, MRBS'23-də edilən təqdimatda ANKA-3 sisteminin texniki xüsusiyyətləri açıqlanıb və onun maksimum uçuş çəkisinin 6500 kq olacağı gözlənilir.
ANKA-3 sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:
ANKA-1 və ANKA-2 ilə ümumi avionika memarlığı və Yerüstü İdarəetmə Stansiyası
Aşağı radara görünmə qabiliyyəti
Yüksək sürətli manevr
Yüksək faydalı yük qabiliyyəti
LoS/BLOS (Peyk İdarəetməsi)
Maksimum uçuş çəkisi: 6500 kq
Faydalı Yükgötürmə qabiliyyəti: 1200 kq
Xidmət hündürlüyü: 40kft
Dözümlülük: 10 saat @ 30kf
Kreyser Sürəti: 250kts/0.42M @ 30kf
Maksimum Sürət: 425kts/0.7M @ 30kf
MRBS'23-də çıxış edən TUSAŞ-ın baş direktoru Temel Kotil layihə ilə bağlı açıqlamalar verib. Kotil bildirib ki, ANKA-3 Qırıcı Pilotsuz Təyyarə Sistemi ilk uçuşuna hazırlaşır.
Dəyanət Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ANKA-3
TUSAŞ
MRBS