Dünyanın 3D printerlə hazırlanmış ilk raketi kosmosda uğursuz oldu

2023/03/1678691540.jpg
Oxunub: 4116     11:08     13 Mart 2023    
"Relativity Space"in dünyanın ilk 3D printerlə hazırlanmış raketini buraxmaq planı iflasa uğrayıb. Şənbə günü həyata keçirilən sınaq çərçivəsində "Terran 1" adlı raket iki uğursuz cəhd edib.

Ordu.az xəbər verir ki, raketi havaya qaldırma cəhdi hava pozuntuları səbəbindən gecikib.

Bu iki uğursuzluğa baxmayaraq, son bir cəhd daha edilib, lakin şirkət "Terran 1"in mühərriklərini alovlandıra bilmədiyini anladıqdan sonra atış cəhdi ləğv olunub.

"Terran 1"in , bütün materialları və 10 mühərriki daxil olmaqla kütləsinin 85 faizini təşkil edən 3D printerlə hazırlanmış raketdir. Şirkət "Terran 1" raketini cəmi 60 gün ərzində hazırladığını və xüsusi missiyaların tamamlanmasının təxminən 12 milyon dollara başa gəldiyini açıqlayıb.

"Relativity Space"in başqa bir məqsədi kosmik gəminin təxminən 90 faizinin 3D printerlə hazırlanmış hissələrdən ibarət olmasıdır. 3D printerlə hazırlanmış raketin yeni buraxılış sınağının nə vaxt keçiriləcəyi ilə bağlı təfərrüatlar hazırda qeyri-müəyyəndir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Relativity-Space   Kosmos  


Bizi "telegram"da izləyin