MRBS-də həyat qurtaran müdafiə sənayesi texnologiyaları sərgilənəcək

2023/03/1678349073.jpg
Oxunub: 5897     12:43     09 Mart 2023    
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi - MÜSİAD Ankara Şöbəsi tərəfindən Türkiyənin müdafiə texnologiyaları sahəsində müstəqil ölkə olma hədəfinə dəstək olmaq və beynəlxalq rəqabətdə ixrac potensialını artırmaq məqsədilə təşkil edilən 4-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsi - MRBS keçiriləcək. Zirvə 21-22 mart 2023-cü il tarixlərində Ankarada baş tutacaq.

Türkiyə Daxili İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə həyata keçirilən MRBS öz sahələrindəki mütəxəssislərlə hava, quru və dəniz müdafiəsindəki son inkişafları müzakirə edəcək.

Mövzu ilə bağlı açıqlamalar verən MÜSİAD Ankara Şöbəsinin sədri Həsən Fehmi Yılmaz bildirib: “Yerli və milli müdafiə sənayesi nümayəndələrimiz hazırladıqları texnologiyalarla zəlzələ zamanı xalqımızın köməyinə qaçdılar. Biz bir daha gördük ki, milli müdafiə sənayesi texnologiyalarına ehtiyacımız təkcə qaynar müharibə dövründə deyil, həm də təbii fəlakətlər zamanıdır. MÜSİAD Ankara olaraq müdafiə sənayemizin gücünü gücləndirəcək platformalar yaratmağa çalışırıq. Bu məqsədlə 21-22 mart tarixlərində MRBS həyata keçirəcəyik”.

“Yerli və milli müdafiə sənayesinin əhəmiyyəti məhsul inkişafından daha dərin mənalara malikdir”

Türk müdafiə sənayesinin texnologiyaları ilə zəlzələ bölgələrində axtarış-xilasetmə işlərində mühüm rol oynadığını vurğulayan MÜSİAD Ankara Şöbəsinin sədri Həsən Fehmi Yılmaz deyib: “Zəlzələ zonalarında axtarış-xilasetmə vasitələri, PUA-lar, görüntüləmə, aşkarlama və analiz cihazları, divar arxası radarlar, termal kameralar, yeraltı görüntüləmə cihazları, yaxa kameraları, çubuq kameralar, rabitə vasitələri kimi yerli və milli texnologiya məhsullarımızın bir çoxu insanların həyatını xilas edib. Biz bir daha gördük ki, yerli və milli müdafiə sənayesinin əhəmiyyəti müdafiə məmulatları istehsal etməkdən artıqdır. MÜSİAD Ankara olaraq müdafiə sənayemizə dəstək olmaq üçün çox çalışırıq. Bu il dördüncü dəfə təşkil etdiyimiz Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Zirvəsi – MRBS ilə biz nümayəndələrimizə mühüm əməkdaşlıqlara imza atıb beynəlxalq rəqabətdə daha yüksək səviyyələrə çata biləcək əməkdaşlıq platforması təklif edirik. MRBS-də biz həmçinin sektor nümayəndələrimizin sektorun gündəmindəki inkişaflar və texnologiyalar haqqında biliklərini dəstəkləmək üçün sessiyalar təşkil edirik. Tədbirdə yerli və milli şirkətlərimiz öz yeni texnologiyalarını təqdim etmək və onları qərar qəbul edənlərlə bir araya gətirmək imkanı qazanır. Ölkəmiz üçün əhəmiyyəti bir daha dərk edilən müdafiə sənayemizə dəstəyimizi davam etdirəcəyik”

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MRBS  


Bizi "telegram"da izləyin