XİN rəhbəri İsrailin Türkmənistanda səfirlik açacağı xəbərini təsdiqləyib

2023/01/1675142371.jpg
Oxunub: 5966     15:38     03 Mart 2023    
Xarici işlər naziri Eli Kohen İsrailin Türkmənistanda səfirlik açacağı xəbərini təsdiqləyib.

Ordu.az xəbər verir ki, Eli Kohen bununla bağlı "Twitter"ə paylaşım edib.

“İlk dəfə Türkmənistanda rəsmi daimi nümayəndəlik açırıq. Ölkələrimiz arasında əlaqələr mühüm və strateji xarakter daşıyır və bu addım əlaqələri daha da gücləndirəcək, əməkdaşlığın genişlənməsinə səbəb olacaq.
Biz İsrailin beynəlxalq aləmdə mövqeyini gücləndirməyə davam edəcəyik”, - XİN başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkmənistan  


Bizi "telegram"da izləyin