ASELSAN-dan NATO-nun bütün kodlarında işləyə bilən sistem – İdarə olunan sursatlar üçün ENGEREK həlli
Oxunub: 6415
15:40
15 Fevral 2023
Xəbər verdiyimiz kimi, ASELSAN tərəfindən yerli və milli olaraq istehsal edilən Lazer Hədəf Nişanalma Cihazı ENGEREK Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının İrəli Döyüş Nəzarətçisi Kursunda istifadə edilib. Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına tabe olan 135-ci Personal Xilasetmə və İrəli Hava Nəzarətçi Donanması Komandanlığı tərəfindən keçirilən 2022-ci ilin ikinci Dövr Təkmil Döyüş Nəzarətçisi və İrəli Döyüş Nəzarətçisi Təlimçisi Kursu başa çatıb. Həyata keçirilən kursda, ASELSAN tərəfindən yerli və milli olaraq istehsal edilən ENGEREK Lazer Hədəf Nişanalma Cihazı da yer alıb.
Uzun illər Türkiyə Silahlı Qüvvələrinin inventarında olan ENGEREK həm də Azərbaycan Silahlı Qüvvələrinin xidmətindədir. ENGEREK 2020-ci ildə 44 günlük Vətən Müharibəsində də səmərəli istifadə olunub. Xüsusi Təyinatlı Qüvvələr və Kəşfiyyat bölmələri ENGEREK ilə hədəfləri qeyd edərək təyyarələrin, zərbə tipli PUA-ların və ya qurudan atılan lazerlə idarə olunan sursatların düşməni 100% müvəffəqiyyətlə vurmasına şərait yaradıb.
ENGEREK Lazer Hədəf Nişanalma Cihazı
ENGEREK Lazer Hədəf Nişanalma Cihazı, aşağı çəkisi və kiçik ölçüləri ilə yerdən nişanlama fəaliyyətləri üçün nəzərdə tutulub. Yəni cihaz hədəfi görünməz şüa ilə işarələdikdən sonra siqnalları qırıcılara göndərir. Lazerlə idarə olunan sursat qırıcı təyyarədən buraxıldıqda, detektoru vasitəsilə əks olunan lazeri aşkar edir və mənbəyə istiqamətlənir. Hədəfdə kilidlənmiş idarə olunan raketlər işarələnmiş yerləri tam dəqiqliklə vurur.
ASELSAN tərəfindən dizayn edilən ENGEREK, quru elementləri tərəfindən təyin olunan hədəflərin mütləq dəqiqliklə qırıcılara göstərilməsini təmin edir.
Qabaqcıl lazer nişanlama cihazı bir nəfər tərəfindən asanlıqla istifadə edilə bilər. Cihaz hava platformalarından buraxılan idarə olunan sursatları dəqiqliklə hədəfə yönəldir.
ASELSAN-ın ən yaxşı işlərindən biri hesab olunan ENGEREK, NATO-nun təyin etdiyi bütün kodlarla işləmə qabiliyyəti sayəsində NATO-nun inventarında olan LGB (lazer tuşlama dəsti), “Hellfire”, “Copperhead” kimi yarımaktiv lazer aşkaretmə başlığına malik idarəolunan sursatlarla da işləyə bilir.
ENGEREK təkcə istiqamətləndirmə deyil, həm də hədəfin işarələnməsi, məsafəsinin ölçülməsi, avtomatik olaraq koordinatlarının hesablanması və fotolarının çəkilməsi funksiyalarını yerinə yetirir.
ENGEREK ilə yüksək zərbə dəqiqliyi qazanan lazerlə idarə olunan bombalarla ümumi təyinatlı bombaların daha səmərəli istifadəsi təmin edilir. Beləliklə, həm hədəfi vurmaq üçün sərf olunan bombaların sayı, həm də təyyarənin missiyanı başa çatdırmaq üçün həyata keçirəcəyi döyüş uçuşlarnın sayı azalır.
Sistem 20 kilometr məsafədən quru elementləri tərəfindən təyin olunan hədəflərin lazer şüaları ilə mütləq dəqiqliklə qırıcılara göstərilməsini təmin edir. Təxminən 5,5 kiloqram ağırlığında olan ENGEREK istənilən hava şəraitində rahat istifadəni təmin edir.
ENGEREK Lazer Hədəf Nişanalma Cihazının ümumi xüsusiyyətləri
ENGEREK NATO STANAG 3733-də müəyyən edilmiş bütün “Band I” və “Band II” PRF kodlarında işləyə bilər. Bu xüsusiyyəti ilə NATO inventarındakı LGB, “Hellfire”, “Copperhead” kimi yarımaktiv lazer aşkaretmə başlığına malik idarəolunan döyüş sursatları ilə uyğun gəlir.
ENGEREK hədəfi işarələməklə yanaşı, onun məsafəsini ölçmək, avtomatik olaraq koordinatlarını hesablamaq və fotolarını çəkmək funksiyalarını da yerinə yetirir.