Zəlzələ zonasındaTürkiyənin yerli yeraltı görüntüləmə cihazlarından istifadə edilir

2023/02/4556-1676386644.jpg
Oxunub: 4724     21:55     14 Fevral 2023    
Türkiyənin Kahramanmaraş şəhəri və ətraf 10 vilayətdə axtarış-xilasetmə işləri davam edir. Araşdırmalarda Türkiyənin yerli istehsalı olan yeraltı görüntüləmə cihazlarından da istifadə edilir. İstilik və sümükləri aşkar edən cihazlar sayəsində xilasedicilər dağıntılar altında zəlzələ qurbanlarının yerini dəqiq müəyyənləşdirə bilirlər.

Kahramanmaraş vilayətinin Pazarcık ilçəsindəki zəlzələ bölgəsində yerli və milli görüntüləmə cihazından istifadə olunur. Bu cihaz sayəsində dağıntılar altında qalan 36 nəfərə çatmaq mümkün olub. Bu 36 nəfərdən 3-ü sağ-salamat xilas edilib. Bu gün yeraltı görüntüləmə cihazı təxminən 60 binanın dağıldığı zəlzələ bölgəsində xilasetmə qruplarının ən böyük köməkçisinə çevrilib.

Cihaz zəlzələ dağıntılarına infraqırmızı şüalar göndərir. Dağıtı altında zərərçəkənin olduğu yer müəyyən edilir. Yeraltı görüntü cihazları Kahramanmaraşda axtarış-xilasetmə işlərini asanlaşdırır.

Qurğunun onlara yol göstərdiyini bildirən xilasetmə qrupu bildirib: “Müdafiə Sənayesinin istehsal etdiyi infraqırmızı cihazla hazırda nöqtə atışları olaraq işlərimizi davam etdiririk və bu, bizə çox yaxşı yol göstərir”.

Görüntü cihazının operatoru Nurəttin Akpınarın sözlərinə görə, onlar bu cihazdan yeraltı və sualtı olmaqla 50 metr dərinlikdə və 1 kilometr məsafədə olan canlı və cansız varlıqları, otaqları, tunelləri aşkar etmək üçün istifadə edirlər.

Divarların arxasındakı hərəkətləri təsbit edə bilən görüntüləmə cihazı dağıntılar altında qalalanların aşkar edilməsini sürətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zəlzələ  


Bizi "telegram"da izləyin