“Bayraktar TB2” Sürətli Xəritəçəkmə Podlu Taktiki PUA – Bəs HGM-in inventarında nələr var?

2023/02/1676286735.jpg
Oxunub: 8835     15:13     13 Fevral 2023    
“Baykar” tərəfindən inkişaf etdirilən və istifadəyə verilən “Bayraktar TB2” PUA Sistemi Sürətli Xəritəçəkmə Podu ilə geniş ərazilərin xəritəsini çıxarmaq qabiliyyətinə malikdir.

Türkiyədə baş verən zəlzələlər 10 şəhərdə böyük dağıntılara səbəb olub. PUA-lar da koordinasiya və zərərin qiymətləndirilməsi üçün ilk andan zəlzələ zonalarında fəaliyyətdədirlər. Ancaq bəzi PUA-ların daha xüsusi bir missiyası var idi... 4 “Bayraktar TB2” “Fast Mapping Pod” ilə uçur. Bəs bu pod nədir?

Şirkətdən verilən məlumata görə, “Baykar Rapid Mapping Pod” 24 saat ərzində minlərlə kvadrat kilometr yüksək ayırdetmə qabiliyyətinə malik (7 sm və daha az) xəritələr hazırlaya bilir.

“Bayraktar TB2” PUA-larında faydalı yük kimi istifadə oluna bilən Sürətli Xəritəçəkmə Podu hər bir pikselin bir neçə desimetr ərzində dəqiq coğrafi xarakteristika olunduğu ortorektifikasiya edilmiş xəritələri təmin etmək üçün terabaytlarla məlumat emal etməyə qadirdir.

Pod “Baykar”ın tərəfindən hazırlanıb

“Baykar”ın Baş direktoru Haluk Bayraktarın 2018-ci ildə verdiyi açıqlamalara görə, bir sıra elektro-optik kameraları ehtiva edən orijinal kamera podu “Baykar”ın özü tərəfindən hazırlanıb. Göründüyü kimi, sözügedən pod daha sonra “Bayraktar TB2”yə inteqrasiya edilib.


Uçuş sınaqları zamanı çəkilmiş minlərlə yüksək rezolyusiyaya malik təsvirləri əlavə edilmiş podlarla avtomatik birləşdirən orijinal proqram alqoritmləri yaradılıb. “Baykar” bu qabiliyyəti tez bir zamanda məhsula çevirməyi hədəfləyir.

Haluk Bayraktar “Rapid Mapping Pod”la bağlı bildirir: “Bunu belə ifadə edə bilərik, məsələn, Afrinin coğrafiyası 2000 kvadrat kilometr idi. Hazırladığımız həll “Google Earth” ilə müqayisədə 2-2,5 dəfə daha yaxşı fotoşəkillərin və xəritələrin həllini təklif edir. Bunu istehsal etdikdən sonra ərazi skanetmə sürətini daha da artırmağı hədəfləyirik”.

HGM üçün Sürətli Xəritəçəkmə Podlu “Bayraktar TB2” taktiki PUA-sı

Belə bir sistem Türkiyə Milli Müdafiə Nazirliyinə tabe olan milli kartoqrafiya qurumu olan Xəritə Ümumi Müdirliyinin (HGM) imkanlarının artırılmasına böyük töhfə verəcək. Təxminən 750 heyəti ilə HGM həm inkişaf məqsədli dövlət qurumları və təşkilatlarına, həm də müdafiə və təhlükəsizlik məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinə xidmət edir.

HGM tərəfindən xüsusilə yaşayış sahələri üçün hazırlanmış həllər olduqca əhəmiyyətlidir. Hazırda TSQ-nin ehtiyacları üçün HGM inventarında 3 mini PUA komandası mövcuddur. Bundan əlavə, HGM inventarına xəritəçəkmə fəaliyyətləri üçün 1 “Beech King Air B350 ER” (2019-cu ildə tədarük edilib) və 2 “Beech King Air B200” təyyarəsi daxildir. Təyyarələrdə istifadə olunan kameralar “UltraCam Eagle” 2xMark 3 və 1xMark 1 olaraq ifadə edilir.


Türkiyə Milli Müdafiə Naziri Hulusi Akarın Türkiyə Böyük Millət Məclisində 2018-ci il büdcə ilə bağlı etdiyi çıxışında, HGM inventarına 2 ədəd taktiki PUA-ya (Bayraktar TB2) xəritə emalı üçün havadan fotoşəkillər çəkmə qabiliyyətinin əlavə edilməsinin hədəfləndiyi bildirilir.

Akarın sözlərinə görə, bu yolla bütün Türkiyəni əhatə edən hava fotoşəkilləri iki ildən bir yenilənəcək və ölkənin inkişafı və müdafiəsi üçün əhəmiyyətli olan bu görüntülər ictimai qurum və təşkilatlara təqdim ediləcək.

30 Mart 2021-ci il tarixli Nazirliklərarası Xəritə işlərini Koordinasiya və Planlaşdırma Şurasının iclasından sonra HGM tərəfindən irəli sürülən təqdimatda, taktiki PUA-ya quraşdırılmış kameralarla kartoqrafiya işlərində istifadə oluna biləcək görüntüləri əldə edən sistem üzərində işlərin davam etdirildiyi bildirilirdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Zəlzələ   Pod  


Bizi "telegram"da izləyin